Güclü diaspor qurumlarının milli birlik hədəfləri – LAYİHƏ

81

Bu ilin qızmar iyul günlərində faktiki olaraq, Ermənistan-Azərbaycan münaqişləsində İrəvanın ekspansionist siyasətinin iflasa uğraması, bunun ardınca Azərbaycanda kütləvi şəkildə milli birlik ideyalarının cəmiyyətin bütün təbəqələrini əhatə edən aksiyaların ictimai xarakter daşıması, beləliklə də ermənilərin gözləntilərinin birbaşa bumenranq kimi İrəvanda əks-səda doğruması 30 illik hadisələrin məntiqi kimi də dəyərləndirilir. Belə bir məqamda fürsəti əldən qaçırmaq istəməyən Azərbaycan diaspor təşkilatları dünyanın dörd bir yanında Ermənistanın işğalçılıq siyasətinin astar üzünü isbat edən addımları atmağa başladılar. Xüsusilə “Qarabağ bizimdir, bizim olacaq!!!” şüarları “yenilməz” erməni lobbisinin və eləcə də diasporunun hər yerdə iflasa uğraması müşahidə olundu. Faktiki olaraq, ermənilərin işğalçılıq siyasətini lənətləyən aksiyalarda bir milyona yaxın soydaşlarımız iştirak ediblər.

ABŞ Konqresindən erməniləri nokatua salan addım  

ABŞ Konqresinin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistanın işğal faktını tanıyan 296 saylı düzəliş qəbul edilib. ABŞ Dövlət Katibi Müdafiə naziri ilə birlikdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda məcburi köçkünlərin statusu barədə Konqresin müvafiq komitələrinə 180 gündən gec olmamaq şərtilə hesabat verməlidir. Hesabata 1991-ci ildən bu yana xarici qüvvələr tərəfindən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın qanunsuz işğal olunmuş bölgələrindən məcburi köçürülən və qətlə yetirilən vətəndaşların sayı daxil edilməlidir. Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması düzəlişindən gedir. Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. Burada söhbət işğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmasından gedir. İndiki mərhələdə bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. Çünki burada Azərbaycanın ərazilərinin işğal olunması faktı təsdiq olunur. Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edildi. Düzəlişin mətnində deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Azərbaycanın (eləcə də Ukrayna, Gürcüstan və Moldova) xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkünlərin sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.
Bu mühüm qərar faktiki olaraq, dünyanın hər bir yerində ermənilərin uzun illərdir apardıqları təbliğatların, ekspansionist siyasətinin iflasa uğraması, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdlərin ifşa olunmasında beynəlxalq səviyyədə atılan ilk irihəcmli addımlardan biridir. Bütün bunları görən erməni icmaları öz xarakterik xüsusiyyətlərinə sadiq qalaraq, hər yerdə siyasi və ictimai baxımdan provakativ addımlarını atmağa məcbur etdi. Çünki, terror, susi-qəsdlər, özgəsinin ərazisinə və ya malına həyasızcasına göz dikmək kimi iştahın dadı damaqlarında yaşayırdı.

Fransada susqun ermənilər

Fransanın Strasburq şəhərində Avropa Şurasının yerləşdiyi bir məkanda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz olaraq yürüş-nümayiş keçirildi. Azərbaycanlı Tələbələr Asosassiyasının (ASEAF) təşkilatçılığı ilə gerçəkləşdirilən etiraz aksiyasında azərbaycanlı və türk icmalarının təmsilçiləri, eləcə də ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyət nümayəndələri iştirak etdilər. Avropa Şurasının mənzil-qərargahı qarşısından başlayan yürüş Ermənistanın bu təşkilat yanındakı daimi nümayəndəliyinin inzibati binası önündə nümayişlə davam edib. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı, “Ermənistanın təcavüzkar siyasətinə son!”, “Qarabağ Azərbaycandır!” və sair şüarların yazıldığı plakatların, Tovuz cəbhəsində hərbi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi yürüşdə Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib. Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın son təxribatları haqqında məlumatların əks olunduğu broşürlər yerli sakinlərə paylanılıb. Sonda yürüş-nümayiş iştirakçılarının adından Avropa Şurasının Baş katibi, Avropa Şurası Parlament Assambleyasının prezidenti, Avropa Parlametinin prezidenti və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Strasburqdakı diplomatik nümayəndəliklərinə müraciətlər ünvanlanıb, Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün qəti tədbirlər görülməsinə çağırışlar edilib. Beləliklə Fransada çox güclü dayaqlara malik olan erməni diasporu Starassburqdakı aksiyaları susqunluqla qarşılamaq məcburiyyətində qaldı. Çünki, beynəlxalq təşkilatların qarşısında hər hansı bir provakasiyalarını həyata keçirmək onların birbaşa məğlubiyyətlərinə səbəb ola biləcəkdi.

Hollandiya və Belçikadakı provakasiyalar

Hollandiyanın Haaqqa şəhərində gözlənilmədən dünyanın hər yerində terrorçu qurum kimi tanınan “Ermənistanın Azadlığı Gizli Ordusu Asala”nın simvollarını əks etdirən geyimıərlə peyda olan ermənilər Azərbaycan səfirliyinin qarşısında aksiya keçirərək səfirliyin işçilərinə və orada olan diaspora fəallarmıza qarşı əlisilahlı hücum etdilər. Bu incident zamanı qarşılıqlı şəkildə yaralananlar oldular. Səfirlik və ətrafdakı binalardakı kameraların vasitəsilə qısa zamanda Hollandiyanın polisi provakatorları tapıb onları həbs ediblər. Azərbaycan diaspor təşkilatının fəalları bildiriblər ki, “Asala” terror təşkilatının simvolunu əks etdirən geyimlər sübut edir ki, ermənilər səfirliyin binası qarşısında terror aksiyalarının həyata keçirmək məqsədilə iştirak ediblər. Ona görə ki, erməni provakatorlar səfirliyə butılkalar və daşlar atmaqla sanki irihəcmli  terror aktlarını törədə biləcəklərini bildiriblər.
İyulun 22-də Belçika Krallığının Brussel şəhərində Azərbaycan səfirliyinin önündə soydaşlarımız ermənilərə qarşı aksiya keçirib. Aksiyaya Avropanın müxtəlif ölkələrindən gəlmiş soydaşlarımız qoşulub. Polis səfirliyin önündə gücləndirilmiş qaydada çalışsa da, buraya gələn ermənilər aksiyada iştirak edən azərbaycanlılara hücum edib. Burada da Hollandiyada olduğu kimi, ermənilər aqressiv davranışları ilə diqqəti cəlb ediblər. Hollandiyada olduğu kimi, qısa zaman erməni təxtibatçıların gizli şəkildə silahlandıqlarını aşkar edərək onlara qarşı cinayət işi açmışdır.
Azərbaycana dost ölkə olan Moldovanın payaxtı Kişinyovda soydaşlarımız erməni işğalçılarına qarşı Ermənistan səfirliyinin binası qarşısında ölkəmizə dəstək aksiyası keçirən zaman burada yaşayan erməni silahlı qrupları hücum ediblər. Aksiya zamanı Soydaşlarımız səfirlik əməkdaşları və yerli ermənilərin hücumuna məruz qalıblar. Ermənilər Azərbaycan bayrağını ələ keçirməyə cəhd də göstəriblər. Kütləvi dava polisin işə qarışması ilə dayandırılıb. Moldova polisi və karabinerləri (təhlükəsizlik qüvvəsi) aksiyanı yatırdıb. Çoxlu sayda erməni provakator isə həbs olunub.

İtaliyadan Azərbaycana dəstək

İtaliyanın nüfuzlu  “Biornale Diplomatico” nəşrinin baş redaktoru Dario de Marchi və yazarı Carlo Rebetcchi son sayında Avropa ölkələrində, Rusiya, Moldova və ABŞ-da Azərbaycan diaspor təşkilatlarının Ermənistanın işğalçılıq siyasətinə qarşı apardığı aksiyları müdafiə edən yazısında belə qeyd edir: “Ermənilər Cənubi Qafqazda son 200 illik tarixdə Rusiyanın himayəsində olmaqla başqa xalqların tarixi ərazilərinə qarşı iddia etməklə özlərinə dövlət qurmuşlar. Bu arzuolunmaz iddialar azmış kimi, Türkiyə, Azərbaycan və Gürcüstandan yeni ərazi şərtləri tələb edirlər. Halbuki, iddia olunan ərazilərdə heç zaman onların xırda knyazlıqları belə olmayıbdır” (mənbə:
giornalediplomatico.it/Aggressione-armena-ad-Azerbaigian-manifestazione-a-Montecitorio.htm?fbclid=IwAR2s415U1g6w8nibiwfrIW_F8Hy7__0rLNaTKw2BpnwXA1luoydeYVankX4).
Ermənilər İtaliyada Azərbaycan diaspor təşkilatlarının keçirəcəkləri aksiyalara qarşı hər hansı bir zorakılıq tədbirləri keçirməkdən çəkindikləri üçün, bu ölkədə susqun vəziyyətdə davranmaq məcburiyyətindədirlər. Ona görə də, İtaliya mətbuatında ermənilərin vəhşi əməlləri barəsində gedən yazılara reaksiya verməkdən belə çəkinirlər.

İsveç parlamentinin önündə keçirilən etiraz aksiyasında ermənilərə şapalaq

İsveçdəki Azərbaycan diaspor təşkilatları Ermənistanın təxribatlarına cavab olaraq, Stokholmda yerli parlamentinin qarşısında etiraz aksiyası keçiriblər. Stokholmun mərkəzində yerləşən İsveç parlamenti “Riksdaq”-ın önünə toplaşan Azərbaycan və Türk diasporunun üzvləri baş verən son hadisələrlə bağlı yerli ictimaiyyəti məlumatlandırıblar. İsveç və Azərbaycan dillərində çıxış edənlər Azərbaycanın Tovuz rayonu ilə sərhədində baş verən erməni təxribatı barədə ətraflı danışaraq, bu təxribatla Ermənistanın yenidən Azərbaycan torpaqlarına qəsd etmək istəyində olduğunu, habelə insan itkilərinin gətirib çıxardığı bu toqquşmaların erməni tərəfinin həyata keçirdiyi faşizm siyasəti nəticəsində baş verdiyini vurğulayıblar. Qanlı döyüşlərdə ağır artilleriya, iri çaplı silahlarla Azərbaycanın kənd və qəsəbələrinə zərbələr vurulduğu xüsusilə qeyd olunan mitinqdə baş verənlərə dünya birliyinin düzgün qiymət verməsi tələb olunub. Çıxış edənlər habelə, işğalçı dövlətin bir çox beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, 25 ildən çoxdur ki, dinc azərbaycanlılara qarşı terror siyasəti apardığını, nəticədə bu münaqişənin bütün Avropa üçün təhlükə doğurduğunu bildiriblər. Tədbir iştirakçıları bildiriblər dünya ictimaiyyətinin göz yumduğu Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın və ətraf rayonların işğalı, yerli insanların məcburi köçkün və qaçqın halına gətirilməsi yolverilməzdir. Bu münaqişədə haqqın və hüququn Azərbaycanın tərəfində olduğunu vurğulayan aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xatırladaraq, İsveç hökumətini və dünya birliyini bu məsələdə daha qətiyyətli addım atmağa çağırıb. Aksiyada İsveç və Azərbaycan dillərində çıxış edənlər “Qarabağ Azərbaycandır”, “Ermənistan, təxribatlarına son”, “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndiriblər.

Los-Ancelos dilemmasında erməni təxribatları

ABŞ-ın Los-Ancelos şəhərində Azərbaycanın Baş Konsulluğu qarşısında ermənilər  etiraz aksiyası keçirilər. Bu aksiyaya toplam 4 mindən çox erməni provakator qatılıbdır. Belə ki, Azərbaycan konsulluğunun binası qarşısında sayları 30-40 nəfər olan soydaşımız aksiya keçirərək Ermənistanın işğalçılıq siyasətinə qaşrı etirazlarını bildirəcəkdilər. 4 min nəfərdən çox ermənilərin qarşısında soydaşlarımız mətanətlə davranış nümayiş etdiriblər. Kimsə, onların qarşısında bir addım da olsun geri addım atmadı. Qarşılıqlı söz duelindən qalib çıxa bilməyən ermənilər hücum çəkrək əliyalın soydaşlarımızla döyüşüblər. Hər iki tərəfdən çoxlu sayda yaralılar vardır. Bununla yanaşı, ABŞ polisi dərhal erməni provakatorların qarşısını alıb və bir çoxları həbs olunublar.

İflasa uğrayan ermənilərin provakator siyasəti

Rusiya, Ukrayna, Kanada, Almaniya, Fransa, İngiltərə və digər ölkələrdə demək olar ki, erməni diaspor təşkilatlarının, xüsusilə lobbisinin mövqeləri sarsılmış durumdadır. Ermənistanın işğalçılıq siyasətini lənətləyən qəralar verilməkdədir. Azərbaycanın bir dövlət olaraq, Türk Dünyası ailəsinin üzvü olması, Türk Dövlətləri Təhlükəsizlik Şurası qurumunun dünyada yeni güc mərkəzlərindən birinə çevrilməsi, TransXəzər və TransQafqaz layihələrində açar rolunu oyanayan Azərbaycanın mövqeləri təbii olaraq dünya dövlətlərinin xüsusi diqqət mərkəzindədir. Digər yandan Ermənistanın işğalçılıq siyasəti və bu prosesdə Rusiya və İranın İrəvana arxa olması kimi mənfi hallar da bu proseslərə təkan verən amillərdən biridir. Ən mühüm hadisə isə, ilk dəfə olaraq, Azərbaycanda “5-ci Kolon” siyasətinin tamamilə diz çökdürülməsi prosesinin baş verməsidir. Dünya birliyi artıq Qarabağ probleminə sadəcə lokal münaqişə kimi deyil, strateji hədəf kimi yanaşmaqdadır. Azərbaycan diaspor təşkilatlarının belə bir mərhələdə fəallaşması, mədəni, kübar və milli birlik ideyası ətrafında atdığı addımlar da göz önündədir. Bütün bunları görən və diqqətlə izəyən erməni diasporu və eləcə də lobbisi işğalçılıq mövqelərindən geri çəkilmək əvəzinə, daha da aqressiv addımlar atmağa başlayıblar. Siyasi təhlillərə görə, ermənilərin işğalçılıq siyasətinə bundan sonra beynəlxalq səviyyədə daha ağır zərbələr vurulması gözlənilir. Çünki, İrəvanda “5-ci Kolon”u təmsil edən “hərbi xunta”çılar yenidən hakimiyyətə gəlmək üçün bir araya gəliblər. Hətta qanuni iqtidarə təhdid edən bir sıra bəyanatlar səsləndiriblər. Hadisələrin belə bir məcrada baş verdiyi dönəmdə Rusiyanın Ermənistanda hərbi təlimlər keçirməsi də beynəlxalq birliyin nəzərindən qaçmayıbdır.
Fikrimizcə Azərbaycan diaspor təşkilatları bundan sonra atacağı addımlarda daha intellektual və səmərəli təkliflərlə gündəmə gəlməlidir. Bu gün həssas və kövrək şəkildə formalaşan diasporumuz milli birliyimizi qoruyan faktorların fövqündə addım atmaqla növbəti uğurlara hazırlanmalıdır. Son 7 günlük aksiyalar bizə dünyanın hər bir yerində başımızı və alnımızı dik tutmaq təcrübəsini öyrətdi. İnanırıq ki, diaspor təşkilatlarımız arasında aparılacaq təbliğat işləri daha sürətli şəkildə özünün effektiv təsirini gücəndirəcəkdir.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.