GƏRGİNLİYİ AZALDACAQ HƏMLƏ: SƏUDİYYƏ ƏRƏBİSTANI QAPILARI AÇDI

    6

    Hurriyyet.org xəbər verir ki, 3 illik fasilədən sonra Səudiyyə Ərəbistanı ölkənin qapılarını ümrə ibadətini yerinə yetirmək istəyən Yəmən vətəndaşlarının üzünə açıb.

    Yəmənin Vəqflər və İrşad naziri Əhməd Atıyye yazılı açıqlama verərək, Səudiyyə Ərəbistanının bu ildən etibarən yəmənlilər üçün ümrə yolunun açılmasına razılıq verən qərar qəbul elədiklərini bəyan edib.

    Üç il bundan əvvəl Husi yaraqlıların Yəmən hökumətinə qarşı üsyanından sonra, Səudiyyə Ərəbistanı ölkənin sərhədlərini ümrə ibadəti eləmək istəyən yəmənlilərin üzünə bağlamışdı. Əhməd Atiyyenin başçılıq etdiyi nazirliyin uzunmüddətli səylərindən sonra nəhayət ki, razılıq almaq mümkün olub.

    2014-cü ildən bəri, Husilər paytaxt Səna başqa olmaqla, bəzi rayonlara nəzarət edirlər. Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələri isə 2015-ci ildən əməliyyatlara başlayaraq, Yəmənin qanuni hökumətini dəstəkləyirlər.

    Hurriyyet.org