GƏRGİNLİK SON HƏDDƏ ÇATDI! – Rusiya Krıma “Bal” sistemini də yerləşdirir – 260 km uzaqlıqdakı gəmiləri vura biləcək

    9

    Hurriyyet.org xəbər verir ki, Rusiya bu gün Krımda dördüncü S-400 hava hücumundan müdafiə kompleksini yerləşdirdikdən sonra, Kerç boğazında gəmilərə qarşı “Bal” raket sistemlərini yerləşdirəcəyini bəyan edib.

    Xəbər verdiyimiz kimi, noyabrın 25-də Rusiya hərbi gəmiləri Ukraynanın Odessa limanından çıxın Maripol limanına gedən 3 Ukrayna hərbi gəmisini öz sahil sərhədlərini pozmaqda günahlandıraraq onlara silahlı müdaxilə eləmişdi. Atəş açılması nəticəsində 6 nəfər Ukrayna hərbçisi yaralanmışdı.

    Hurriyyet.org