Gözlərinizi günəş şüasından qoruyun: Kor ola bilərsiniz

51

Yay aylarında havaların isti olması səbəbilə, vaxtımızın çox hissəsini açıq havada keçirir, nəticədə günəş işığı ilə daha çox təmasda oluruq. Günəş şüalarının sağlamlığımıza müsabət təsiri olsa da, uzun müddət günəş altında qalmaq gözün müvəqqəti və ya daimi görmə pozğunluğuna səbəb ola bilər. Teleqraf.com xəbər verir ki, yay aylarında ultrabənövşəyi şüaların miqdarı qışa nisbətən 3 dəfə çoxdur. Bundan əlavə, şüalar saat 10: 00-dan 16: 00-a qədər göz sağlamlığına zərərli təsirləri daha da artırır. Günəş şüalarına çılpaq gözlə baxmaq zərərlidir. Qısa müddətli də olsa, korluğa səbəb ola bilər. Günəşə çılpaq gözlə baxılırsa, kornea dediyimiz şəffaf toxumada yanıqlara səbəb ola bilər. Yanıqların səbəb olduğu keratit adlandırdığımız mikrob olmayan iltihab gözlərdə şiddətli ağrı, gözün açıla bilməməsi, işığa baxa bilməmək və göz yaşına səbəb olur.

Gözlərimizdəki təbii linzalar gözün rəngli hissəsi olan iris toxumasının arxasında yerləşir. Bu təbii linzanın şəffaflığını itirməsi və görmə qabiliyyətinin qarşısını alması katarakt adlanır. Müalicə edilə bilən korluğun ən əhəmiyyətli səbəbi olan katarakt gözün həddindən artıq günəş şüasına məruz qalmasının səbəb olduğu vacib bir problemidir. Adətən yaşlı insanlarda baş versə də, gənclərdə, xüsusilə günəş işığının sıx olduğu coğrafi bölgələrdə də yayılan xəstəlikdir. Problem görmə qabiliyyətinin tədricən azalması, oxumaqda çətinlik, ikiqat görmə, rəngləri solğun görmə və gecə görmə qabiliyyətinin pisləşməsi kimi simptomlarla ortaya çıxır.

Uzun müddət eynəksiz günəş işığına məruz qalmaq göz qapaqlarında və göz qapağının xarici səthini örtən konjonktiva qatında xərçəngə səbəb ola bilər. Bu isə şişlik və ya göz qapaqlarında ağrı verməyən bir yaraya səbəb ola bilər. Bu şişlər vaxtında müalicə edilməsə, yalnız görmə qabiliyyətinin deyil, həm də gözün itkisinə səbəb ola bilər.

Günəşli havada çölə çıxarkən günəş eynəyi taxmağı unutmayın. Eynəyin şüşələri ultra bənövşəyi şüalardan gözü tam qorumalı və eynək çərçivəsi tamamilə göz ətrafını əhatə edəcək şəkildə olmalıdır. Gün eynəklərindən əlavə geniş papaqların istifadəsi də üzümüzdə kölgə yaradır və birbaşa gün işığından qorunmanı təmin edir. Eyni zamandan göz və üz ətrafındakı günəş ləkələrinin qarşısını alır.