Göygöldə itkin düşən qadın tapıldı

    27

    Göygöldə itkin düşən qadın tapılıb.

    Hadisə iyunun 26-da Göygöl rayonunun Murovdağ qəsəbəsində baş verib.

    Qəsəbə sakini, 1972-ci il təvəllüdlü ruhi əsəb xəstəsi Əliyeva Xatun Qəşəm qızı evdən çıxıb və geri qayıtmayıb.

    Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Əliyevanın yeri müəyyən edilib və o iyunun 27-də tapılaraq ailəsinə təhvil verilib.