Göygöldə ər arvadını qətlə yetirdi

    12

    Göygöl rayonunda qətl hadisəsi baş verib.

    Hurriyyet.org xəbər verir ki, Kəlbəcər rayonundan olan məcburi köçkün, Göygöl rayonunda məskunlaşan 1967-ci il təvəllüdlü Firudin Ələsgərov həyat yoldaşı, 1973-cü il təvəllüdlü Laləzar Abdullayevanı bıçaqlayaraq öldürüb.

    Hadisə yerindən qaçan F. Ələsgərovun tapılması üçün əməliyyat tədbirləri görülür.

    Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır./apa/