Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var

63

Göygöl rayonunda iki avtomobil toqquşub, onlardan biri alışıb.

Hadisə Göygöl şəhərində qeydə alınıb. Belə ki, “Niva” və “VAZ-2102” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub. Faktla bağlı araşdırma aparılır.