Göyçayda FACİƏ: 2 gün öncə toyu olan gənc öldü

    24

    Göyçay rayon sakini evlənəndən 2 gün sonra vəfat edib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Göyçay şəhər sakini, 1993-cü il təvəllüdlü Abdullayev Nihat Bəhruz oğlu halı qəflətən pisləşdiyi üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Nihat Abdullayev orada dünyasını dəyişib.

    Qeyd edək ki, talassemiya xəstəsi olan 25 yaşlı N.Abdullayev yeni ailə həyatı qurmuşdu. İki gün öncə onun toy mərasimi olub.