Göyçayda yol qəzası oldu, ölən və yaralananlar var – FOTO

20

Göyçay rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-21011” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onlardan biri xəstəxanada ölüb. \\Report

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.