Göyçayda kanalda batan məktəblinin meyiti tapıldı

75

Göyçay rayonunda suda boğulan 10-cu sinif şagirdinin meyiti tapılıb.  

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, rayonun Aşağı Qaraməryəm kənd sakini, 2005-ci il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu 3 gün öncə Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub. Onun meyitinin tapılaraq sudan çıxarılması üçün dərhal əraziyə FHN-nin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb edilib. Suda axtarış işləri bu gün başa çatıb. Mərhumun meyiti suda batdığı yerdən bir kilometr aralıdan tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.