Göyçayda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

222

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə dünən səhər saat 9:00 radələrində Göyçay-Bərgüşad-Ucar avtomobil yolunun Kürdəmiş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” və “NAZ Lifan” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəsarət alan şəxslərin adları hələ ki, bilinmir.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.