Göyçay Rayon Mərkəzi Xəstəxanası ilə bağlı rəsmi açıqlama

159

Göyçay Rayon Mərkəzi Xəstəxanasının xüsusi rejimli pandemiya xəstəxanası kimi müəyyənləşdirilməsi ilə bağlı qərarın ləğv edilməsi həqiqəti əks etdirmir. 

Hurriyyet.org xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, ötən gün TƏBİB xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək xəstəxanaların siyahısı ictimaiyyətə təqdim edib: “Qeyd edilən xəstəxanalar ehtiyac yarandığı təqdirdə mərhələli şəkildə koronavirus xəstələri üçün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək”.