Göyçay bazarında YANĞIN – VİDEO/FOTO – YENİLƏNİB

63

Göyçay rayonunda köhnə meyvə-tərəvəz və geyim əşyaları bazarı kimi tanınan “Göyçay-Bazar” ASC-nin ərazisində başlanan yanğın FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti tərəfindən söndürülüb.

Hadisə zamanı ümumi sahəsi 100 kvadratmetr olan 5 mağaza yanıb, 2400 kvadratmetr ərazi alovdan mühafizə edilib, yanğının genişlənməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Mağaza sahiblərinə xeyli maddi ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır./apa/

***

Göyçay rayonunda bazar ərazisində baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

***

Göyçay rayonunda bazar ərazisində baş verən yanğın lokallaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

***

Göyçay rayonunda bazar ərazisində yanğın başlayıb.

Hadisə bu gün saat 17:00 radələrində qeydə alınıb. “Göyçay-Bazar” ASC-nin ərazisində yerləşən geyim əşyaları mağazaları və meyvə-tərəvəz mallarının satışı piştaxtalarının olduğu ərazidə baş verən yanğının söndürülməsinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün işlər görülür./apa/

 

***

 

Göyçayın köhnə kolxoz bazarı yanır. 

Bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib. Onun sözlərinə görə, yanğın günorta saatlarından sonra başlayıb və hələ də davam edir. Yanğının səbəbi bəlli deyil. Yanğınsöndürənlər hadisə yerinə cəlb olunub.

Məlumata görə, bazarın sahibi Bəhruz Rəhimov adlı şəxsdir./yenisabah.az/