Gorus yolunda aksiya: “Zəngəzuru versək, İrəvana görə qapını döyəcəklər”

636

Azərbaycan ordusu sərhəd xəttinin bərpa edilməsilə bağlı Ermənistan tərəfin qarşısında tələb qoyub.

Belə ki, 18 dekabr saat 17.00-dək erməni hərbçiləri Azərbaycana məxsus yüksəklikləri tərk edib, geri çəkilməlidir. Hakimiyyət 10 noyabr bəyanatına uyğun olaraq öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalsa da, Zəngəzur vilayətində yaşayan əhali müqavimət göstərməyə cəhd edir. Dekabrın 17-də bir qrup erməni etiraz əlaməti olaraq Gorusa gedən yolu bağlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, etirazçılara Vorotan yaşayış məntəqəsinin rəhbəri Surik Oqadcanyan da qoşulub. “Tələbimiz budur ki, türklər bizim sərhədə qədər gəlməsinlər”, Oqadcanyan sərsəmləyib. Bildirib ki, qoy bu ərazilər neytral zona olaraq qalsın. İmzalanan bəyannamədə Qubadlı-Zəngilan məsələsinin olmadığını deyən həmin bu dünyadan bixəbər erməni tərəflərin öz mövqelərində qalmalı olduğu barədə iddialar səsləndirib. Əlavə edib ki, bir ərazini versən, digərini də verməli olacaqsan. S.Oqadcanyan deyib ki, İrəvanda olanlar üçün asandır. Ardınca da bildirib ki, “əgər Süniki (Zəngəzur-red.) versək, onlar İrəvana görə qapını döyməyə başlayacaqlar”.