Görkəmli şairimiz “Təmrin”in xüsusi nömrəsində

261

İstanbulda nəşr olunan “Təmrin” jurnalının xüsusi nömrəsi görkəmli şair Mikayıl Müşfiqə həsr edilib.

Kult.az xəbər verir ki, xüsusi nömrə Ümummilli lideri Heydər Əliyevin Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad kimi şairlərimiz haqda fikirləri ilə açılır.

Bu nömrədə həmçinin Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Azərbaycan ədəbi sözünün hər zaman gənc zirvəsi” yazısı, Mikayıl Müşfiq irsinin araşdırıcısı, mərhum xalq şairi Gülhüseyn Hüseynoğlunun “Müşfiq ənənələri yaşayır” məqaləsi, şairin xanımı Dilbər Axundzadnin xatirələrindən seçmələr, professor Cavanşir Yusfilinin “Yuxuda yazılan şeirlər”, professor Səfurə Quliyevanın “Müşfiqin tarixə mesajları”, şairin həyat və yaradıcılığının tanınmış müasir tədqiqatçılarından olan Firudin Qurbansoyun “Göylərin lacivərd ətəklərində”, şair Səlim Babullaoğlunun “Səni kim unudar?” kimi məqalələri, fotomaterial və şairin əlyazmalarının surəti yer alıb.

Təqdim olunan materialları Türkiyə türkcəsinə Ömər Kiçikməhmədoğlu çevirib.

Millət vəkili Cavanşir Feyziyevin dəstəyi ilə ərsəyə gələn, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında hazırlanan nəşrin koordinatoru jurnalist Bəxtiyar Səlimov, naşiri isə Şərəf Özsoydur.