Goranboyda gəlinini öldürən qayınatanın işi ilə bağlı YENİ XƏBƏR

15

Goranboy rayonunda gəlinini qətlə yetirməkdə təqsirli bilinən Qasım İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hurriyyet.org Teleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra ifadə verən Qasım İsgəndərov özünü təqsirli bilməyib. O, gəlinin qısqanclıq zəminində öldürdüyü deyib.

Növbəti proses yanvarın 24-də davam edəcək.

İttihama görə, Goranboy rayonunun Hazırəhmədli kəndində kənd sakini Qasım İsgəndərov gəlini Samirə Məmmədovanı öldürüb.

Məlum olub ki, hadisə qısqanclıq zəminində törədilib.

Belə ki, Goranboy rayon Hazırəhmədli kənd sakini, 76 yaşlı Qasım İsgəndərov 39 yaşlı gəlini Samirə Məmmədovanı qısqanclıq zəminində bıçaqlayaraq qətlə yetirib.