Görək, müxalif düşüncə tərzinə sahiblik edən dostların mövqeyi necə olacaq!? – Eldar SABİROĞLU

561

Ölkə prezidenti İlham Əliyevin Zəfər qələbəmizdən dərhal sonra siyasi barışığa doğru addım atmasını təqdirəlayiq hadisə kimi yüksək dəyərləndirirəm. Dövlət başçımızın bu humanist qərarı cəmiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanmış və Qarabağın müdafəsi üçün keçirilən yürüşdə iştirak edən son 15 nəfər müxalifət nümayəndəsi də azadlığa buraxıldı.

Beləliklə, həbsxanalarda siyasi məhbus adında bir nəfər Qarabağ məhbusu belə qalmadı. Prezident bu mövqeyi ilə müxtəlif fikirliliyin tərəfdarı, siyasi proseslər zəminində aparılan danışıq və müzakirələrin sərt və kəskin yanaşmalardan məsafəcə uzaqda dayanan səmimi dialoqlar və dəyirmi masalar vasitəsi ilə ön sıraya keçməsində maraqlı olduğunu aşkar şəkildə ortaya qoydu.

Görək, müxalif düşüncə tərzinə sahiblik edən dostların mövqeyi necə olacaq!? Şərtlər və suallarla dolu olan siyasi baxış və münasibətlər yenəmi işin yarısına çatmadan tənəzzülə uğradılacaq!? Bu qənaətlərimi tərəflərdən biri üçün dilə gətirmədim…

Eldar Sabiroğlu

Keçmiş millət vəkili, ehtiyatda olan polkovnik