“YouTube”nin tutumlu səsə malik 360 dərəcəlik videosu…

    3

    “Google” şirkəti “YouTube” istifadəçilərinə real vaxt rejimində 360 dərəcə baxış bucağı ilə çəkilən videolara baxmaq imkanı təqdim edib. “ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, dünyada ən böyük videoxidmət hesab edilən “YouTube” 360 dərəcə baxış bucağı ilə çəkilən videoları hələ ötən ilin martından yayımlamağa başlayıb. Kameranı fırladan tamaşaçı bilavasitə hadisələrin iştirakçısına çevrilir və videonu görmək istədiyi rakursu özü müəyyən edir. Ötən ilin noyabrında isə “YouTube” videoxidmətinin “Android” proqramı virtual reallıq eynəyi üçün çəkilmiş “3D” video dəstəyi ilə təchiz edilib. Hazırda yalnız bəzi 360 dərəcəlik kameralar videonu birbaşa yayımda yayımlamaq qabiliyyətinə malikdir. Bununla belə, məzmunun keyfiyyəti ürəkaçan deyil, bir neçə kamera tərəfindən çəkilmiş şəkillərin yapışdırılmasına isə çox vaxt sərf olunur.