“Google Home” evdəki səsləri dinləyirmiş!

255

 

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi olan “Google” şirkətinin ağıllı ev sistemləri üçün hazırladığı “Google Home”  proqramının ona verilən əmrlərdən kənar səsləri də dinlədiyi meydana çıxıb.

Cihaz müxtəlif texnologiya alətlərinin və ya proqramlarının işə salınmasını, hava şəraiti və yerləşmə koordinantları kimi gündəlik məlumatları asanlıqla almağı təmin edən bir köməkçi rolunu oynayır. İstifadəçilər “Google Home” cihazının “Hey, Google” komandası ilə açıldığını, “Ok, Google” komandası ilə dinləmək funksiyasını öz-özünə bağladığını zənn edirdilər. Lakin proqramın son yenilənməsindən sonra istifadəçilər cihazın istifadə olunmadığı zaman da səslərə reaksiya verdiyini seziblər.

Necə aşkar edildi?

Normal halda yalnız fəallaşdırıldığı zaman reaksiya verən və ya bildiriş göndərən  “Google Home” şüşə qırılması və ya siqnal səsi kimi incə səslərə də reaksiya verməyə başladıqdan sonra istifadəçilərin diqqətini cəlb edib. Bir istifadəçi yemək bişirdiyi zaman “Google Home” bağlı hesab edildiyi halda ona yanğın siqnalı çalındığı barəsində bildiriş göndərib. Bununla da istifadəçi “Google Home” qurğusunun dinləməməli olduğu “passiv” səsləri də dinlədiyini aşkara çıxarıb.

Məsələ ilə bağlı açıqlama verən “Google” təmsilçisi də bu xətanın həqiqətən baş verdiyini etiraf edib. Şirkətin adından çıxış edən nümayəndə proqramdakı axırıncı yenilənmədən sonra səhvən digər səsləri də dinləməyə başladığını söyləyib. Bundan sonra yenilənmə səhvləri ilə birlikdə aradan qaldırılıb.

2019-cu ildə “Google” şirkəti “Nest Secure” siqnal sisteminə gizli mikrafon yerləşdirmiş, lakin onun gizli olmadığını iddia eləmişdi. Şirkətin bu siqnala yerləşdirdiyi gizli mikrafon sayəsində istifadəçilərin reaksiyalarından xəbərdar olmaq imkanı əldə elədiyi iddia edilir.