“Google” dünyanın ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini qurur

48

“Google” dünyanın ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini qurmağa hazırlaşır. 

“Report” “TASS”a istinadən xəbər verir ki, Google şirkəti Android smartfonlardan zəlzələ tanıma üçün ən geniş şəbəkə yaratmaq niyyətini açıqlayıb.

“Bu andan etibarən Android telefonunuz yaşadığınız yerdə zəlzələ siqnalı sisteminin bir hissəsi ola bilər. Bu o deməkdir ki, telefonunuz mini seysmometr ola bilər və dünyanın ən böyük zəlzələ siqnalı sistemini yaratmaq üçün milyonlarla digər Android telefonlarına qoşula bilər”, – məlumatda bildirilir.