Göbələkdən təbii saç boyası hazırlanıb

198

Biokimyaçılar müxtəlif melanin formalarını sintez edən göbələklərin fermentlərindən istifadə edərək saçların istənilən rəngdə boyanmasına imkan verən təbii saç boyası hazırlayıblar. “Report” xəbər verir ki, bu barədə məlumat “Chemical of Materials” jurnalında dərc edilib.

“Northwestern” Universitetinin (ABŞ) professoru Natan Janneski bildirib ki, bir çox insanların saç boyalarına allergiyası var: “Ümid edirik ki, yeni ixtiramız onlara kömək edəcək. Çünki melanin onsuz da bədənimizdə mövcuddur və bu boyanın allergiya yaratma ehtimalı azdır”.

Melanin insanın dərisində, saçlarında, dırnaqlarında və beynin bəzi bölgələrində mövcuddur. Eyni zamanda təbii piqment olan melanin mövcud olduğu hüceyrələri rəngləyir və bədəni radiasiya, günəşin ultrabənövşəyi şüalarından qoruyur.