GÜNDƏMİ SARSIDACAQ İDDİA! – ABŞ 10 DƏQİQƏ ƏRZİNDƏ RUS ƏSGƏRLƏRİNİ…

    15

    Trampın ABŞ sirlərini ifşa elədiyi iddiası

    Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Suriyada SDQ adından istifadə edən YPG/PKK düşərgəsinə hücum cəhdi edən bir qrupa ABŞ-ın hazırladığı hava hücumları ilə bağlı detalları xəbər verdiyi iddia edilib.

    ABŞ prezidenti Donald Trampın fevral ayında Suriyada ABŞ ordusunun həyata keçirdiyi (həmçinin, Rusiya hərbçilərinin də öldürüldüyü) hava hücumu ilə bağlı gizli detalları Nyu Yorkda bir xeyriyyə tədbirində açıqladığı iddia edilib.

    Fevral ayında Deyr əz-Zorda, aralarında Amerika hərbçilərinin də olduğu, SDQ adından istifadə edən YPG/PKK terrorçularının düşərgəsinə hücum eləməyə cəhd edən bir qrupa qarşı ABŞ-ın keçirdiyi hava hücumları ilə bağlı detallar gizli saxlanılır.

    Lakin Trampı dəstəkləyən, “Tramp Zəfər Komitəsi” adlanan bir təşkilatın ötən həftə keçirdiyi bir xeyriyyə tədbirində çıxış edən prezident hücumda iştirak edən bir F-18 tipli hərbi təyyarə pilotunun bacarığını tərifləməklə hücumun detallarını ifşa eləmiş olub.

    İddia ilə bağlı detallar

    Tədbirdə iştirak edən bir şəxs Amerika mediasına müsahibəsində iddia edib ki, “Tramp hava hücumlarının cəmi 10 dəqiqə davam elədiyini və bu müddət ərzində 100-300 nəfər arası rusun öldürüldüyünü söyləyib”.

    Ötən həftə “Nyu-York Tayms” qəzeti ABŞ hərbçiləri ilə Suriya hökuməti tərəfdarları olan qrup arasındakı döyüşlərin 4 saat davam elədiyini və 300 nəfərə qədər hökumət tərəfdarı milisin öldürüldüyünü iddia eləmişdi. Hücumun detalları gizli olduğu üçün Amerika hökuməti məsələ ilə bağlı açıqlama vermək təklifini rədd eləmişdi.

    “Nyu York Lotte Palas” otelində keçirilən tədbirdə Trampın Amerikanın Tel Əvivdəki səfirliyinin Qüdsə köçürülməsindən də danışdığı deyilir: “Krallar və kraliçalar lobbi səyləri içərisində özlərində səfirliyi köçürmək gücü tapmadılar, ancaq mən bunu bacardım. Bütün dünya liderləi Qüds qərarımdan vaz keçməyim üçün mənə müraciət elədilər, lakin fikrimi dəyişdirə bilmədilər”.

    5 milyon dollara qədər vəsaitin toplandığı tədbirdə Trampı dəstəkləyən 100 nəfərə yaxın biznesmen iştirak edib.

    Hurriyyet.org