Giriş-çıxışına qadağa qoyulan rayonlarda dəfn mərasimi necə keçirilir? – AÇIQLAMA

42

Epidemioloji vəziyyətlə əlaqədar giriş-çıxışına qadağa qoyulan şəhər, rayon və kəndlərdə yaxın qohumunun dəfn mərasimində iştirak əvvəlki qayda ilə tənzimlənir:

Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, vətəndaş əvvəlcədən “102” xidmətinə müraciət etməlidir:

“Bunun üçün vətəndaşlar DİN-in “102” xidmətinə əvvəlcədən zəng edərək, məlumat verməlidirlər. Vətəndaşın müraciəti qısa vaxt ərzində araşdırılır, əgər həqiqətən də o rəhmətə gedən şəxsin yaxın qhhumudursa, ona həmin rayona, şəhər, kəndə daxil olmağa icazə verilir”.

Nazilər Kabineti yanında Operatv Qərargahın qərarına əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Quba şəhəri, Quba rayonunun Rustov və Zərdabi kəndləri ilə yanaşı 2020-ci il 24 oktyabr saat 00:00-dan etibarən Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına da giriş-çıxış dayandırılıb.