Aygün Kazımova qazancından danışdı

    6

    “Geyimlərimi yaxın dostum Gulya xanım məsləhət görür. Mənə çox ucuz edirlər. Reklamlarım var, onlardan çox qazanıram. Toylardan o qədər də gəlirim olmur. Bir də hansısa şirkətlərin keçirdiyi ad günləri və digər tədbirlərə qatılır, qonorar alıram. Bir-iki yaxşı dostlarım var ki, mənə hər zaman dəstək olurlar. Onlar mənim sənətimi və məni tanıyırlar. Bilirlər ki, mən ancaq sənətim üçün dəstək istəyirəm. Qızım üçün heç nə etməmişəm. Hələ qarşıda ömrüm var, edəcəm. Mən hələ ən gözəl layihəmi etməmişəm, ən gözəl mahnımı oxumamışam. Hər şey bir yana, “xalq artisti“ adına görə aldığım 100 manat bambaşqadır“.