Gərginlik artmaqdadır – MÜHARİBƏ RİSKİ

    15

    Hurriyyet.org xəbər verir ki, bu gün səhər saatlarında Çinin üç ədəd sahil mühafizə gəmisi Şərqi Çin dənizindəki Yaponiya ilə mübahisəli adaların ətrafındakı sulara daxil olub və təqribən 1,5 saata qədər orada qalıb.

    Şərqi in dənizində Yaponiyanın Senkaku, Çinin Diaoyü adlandırdığı, 5 ada və 3 qayalıqda ibarət adalar qrupu uzun illərdir ki, iki ölkə arasında suverenlik mübahisələrinə səbəb olur. Adalarda yaşayış yoxdur.

    Yaponiya bu adalar qrupunun öz sahil suları içərisində olduğunu irəli sürür və adaların olduğu bölgəyə mühafizə gəmiləri göndərən Çini sahil sularına qanunsuz daxil olmaqda ittiham edir.

    Adaların yaxınlığında patrulluq edən yapon və Çin gəmiləri tez-tez bir-birilərinə xəbərdarlıq edirlər.

    Hurriyyet.org