Gerçək plan ortaya çıxdı

18

“İlhaq planına Fələstin dövlətinin qurulması daxil deyil”

Hurriyyet.org xəbər verir ki,  İsrailin baş naziri Binyamin Netanyahu bir neçə həftə ərzində bəzi bölgələrdə ilhaq planının tətbiq edilməsinin başlanacağını, hökumətin Fələstin dövlətinin qurulmasına qətiyyən razılıq verməyəcəyini bildirib.

İsrailin Kanal 13 televiziyasının verdiyi xəbərə görə, Netanyahu İordan çayının qərb sahilindəki 12 qanunsuz yaşayış məntəqəsinin lideri ilə keçirilən bir tədbirdə açıqlamalar verib.

İordan çayının qərb sahilindəki rayonların ilhaq planının qarşıdakı həftələrdə həyata keçirəcəyini bildirən Netanyahu deyib: “İlhaq planına Fələstin dövlətinin qurulması daxil deyil və hökumət qətiyyən buna razılıq verməyəcək”.

Trampın vəzifə başında olması ilhaq planını həyata keçirmək üçün fürsətdir

Netanyahu, ilhaqla bağlı xəritə çəkilişinin hələlik tamamlanmadığını diqqətə çatdıraraq deyib: “Xüsusilə ABŞ prezidenti Donald Trampın Ağ Evdə olmasını və 73 il ərzində qarşımıza çıxmamış bu fürsəti qiymətləndirmək məcburiyyətindəyik. Tramp bizim planla (qondarma sülh planı) maraqlanmadığımızı fikirləşməməlidir”.

Hurriyyet.org