Generallar və biznesmenlər Paşinyanın tərəfinə keçdi

    12

    Ermənistanda hakim Respublika Partiyasının siyasi qanadı mayın 8-də keçiriləcək baş nazir seçkilərində Nikol Paşinyanın əleyhinə səs verəcək.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

    Lakin qəzet qeyd edir ki, Respublika Partiyasının fraksiyası ümumilikdə Paşinyanın xeyrinə səs verəcək.

    “Milli azıqların nümayəndələri Arsen Mixaylov və Knyaz Həsənov Paşinyanı dəstəkləyəcək. Həmçinin, generallar da Paşinyana səs verəcəklər. Misal üçün, Seyran Saroyan artıq mövqeyini açıqlayıb. Bununla yanaşı, bir neçə biznesmen də 8 may seçkisində Paşinyana səs verəcək”, – deyə qəzet yazıb.