General Manvel Qriqoryanın arvadı axtarışa verildi

    9

    Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan barəsində polis axtarış elan edib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu ölkə polisinin Analtik, informasiya və KİV-lə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.

    “Nazik Amiryanın axtarışı üzrə əməliyyat davam edir”, – deyə o vurğulayıb.

    Ermənistan Xüsusi İstintaq Xidmətinin müstəntiqləri Nazik Amiryanın həbs olunması barədə qərar qəbul ediblər. Ancaq bir neçə gündür onu tapa bilmirlər.

    Qeyd edək ki, Manvel Qriqoryan və onun oğlu – Eçmiadzin şəhərinin keçmiş meri Karen Qriqoryan dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs ediliblər.