Gəncədə yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB

    24

    Gəncədə yaşayış binasında baş verən yanğın söndürülüb.

    Şəhərin Heydər Əliyev pospektində yerləşən 2 mərtəbəli binada başlayan yanğının söndürülməsi üçün əraziyə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb./apa/

    ***

    Gəncə şəhərində yanan yaşayış binasını söndürən zaman xəsarət alan Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının adları məlum olub.

    Hurriyyet.org-un "Report"a istinadən verdiyi məlumata görə, bunlar Göygöl rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Zirəddin Mübariz oğlu və Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Lələyev Namiq Əbulfəz oğludur.

    Hər iki yanğınsöndürən hündürlükdən yıxılaraq xəsarət alıb. N.Lələyevin vəziyyəti ağır, digər yaralının isə orta-ağır qiymətləndirilir.

    ***

    Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.

    Hurriyyet.org-un "Report"a istinadən verdiyi məlumata görə, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.

    Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisi xəsarət alıb.

    Sakinlər təxliyyə olunub. Hazırda yanğın söndürülmək üzrədir.

    Yanğının başvermə səbəbləri araşdırılır.