Gəncədə silahlı insident – 1 NƏFƏR GÜLLƏLƏNDİ

    12

    Gəncə şəhərində silahlı insident baş verib.

    Hurriyyet.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 30-da saat 1 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Arif Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib.

    Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov saxlanılmışdır. Cinayət törədilərkən istifadə etdiyi “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.

    Faktla bağlı araşdırma aparılır.