Gəncədə 2 nəfər dəm qazından zəhərləndi

    24

    Gəncədə iki nəfər dəm qazından zəhərlənib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Gəncə sakini, 2002-ci il təvəllüdlü Atayev Seymur Hidayət oğlu yaşadığı evdə dəm qazından zəhərlənib. S. Atayev Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Digər hadisə isə şəhərin "Yeni Gəncə" adlanan ərazisində qeydə alınıb. 1968-ci il təvəllüdlü Ələkbərova Durna dəm qazı zəhərlənməsi ilə xəstəxanaya çatdırılıb.