Gəncə hadisələri ilə bağlı həbs edilən 5 nəfər azadlığa buraxıldı – ADLAR

45

Gəncə hadisələri ilə əlaqədar həbs edilən bir qurup məhbus azadlığa buraxılıb.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar azadlığa buraxılan 200 nəfər arasında Gəncə hadisələri zamanı iğtişaş törətmiş, cinayyət məcəlləsinin 220.1 maddəsi ilə həbs edilən məhbuslar arasında  – Rüstəmov Aydın, Məhərəmzadə İsa, Bayramov Hüseyn, Vəliyev Tural, Əhmədov Zamiq də var.

Onlar vaxtından əvvəl şərti azalığa buraxılıblar.  

Qeyd edək ki, sözügedən şəxslər 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq həbs edilmişdilər.