Gənc xanım icra başçısının müavini oldu – FOTO

    18

    Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsinə yeni təyinat olub.

    Hurriyyet.org "Ölkə.az"a istinadən xəbər verir ki, bu vəzifəyə Anara Kamil qızı Hacıbəyli təyin edilib.

    Qeyd edək ki, bu təyinata qədər A.Hacıbəyli İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında Baş məsləhətçi vəzifəsində çalışırdı.