Gənc oğlan özünü 13-cü mərtəbədən atdı – BAKIDA ŞOK İNTİHAR

    15

    Bakıda dəhşətli intihar olub.

    Hurriyyet.org open.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Şıxlınski küçəsi 41A ünvanında qeydə alınıb. Bakı şəhər, Xətai rayon sakini, 1999-cu il təvəllüdlü İlkin Bəxtiyar oğlu Məmmədov 13 mərtəbəli binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

    İntiharın səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

    Qeyd edək ki, noyabrın 30-da İ. Məmmədovun itkin düşməsi barədə mətbuatda məlumat yayılıb.