“O vaxtdan 30 il keçdi və mən Azərbaycana gəldim”

    6

    – Gənc olanda və Amerikada yaşayanda mənim Azərbaycanla bağlı billiklərim Xəzər dənizinin harda olması ilə məhdudlaşırdı. Sonra Vyanada siyasət elmləri üzrə ali təhsil alarkən həmin fəndən mənə dərs deyən professor Azərbaycan haqqında məlumat verdi. O, Azərbaycanın necə əhəmiyyətli olduğunu vurğulayırdı və ölkənizi mədəniyyətlərin qovuşduğu cazibədar məkan kimi bizə tanıtdırdı. O vaxtdan 30 il keçdi və mən Azərbaycana gəldim və professorun dediklərinin doğru olduğuna əmin oldum. Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkandır. Xalqınız çox mehribandır. Özümə sual verirəm ki, bu mehribanlıq haradan irəli gəlir? Anladım ki, sizin mehriban olmağınız ölkənizin həm Qərb, həm Şərq, həm Asiya, həm Avropaya yaxın olmasından irəli gəlir. Bu mehribançiliğa görə çox minnətdaram. Mən deyərdim ki, Azərbaycan millətlərin görüş məkanıdır və bu çox gözəl amildir. Təbii ki, mən bura yenidən öz ailəmlə gələcəm.