“Gedişat müharibənin başlanmasına səbəb ola bilər” – FAZİL MUSTAFA

96

“Müqavimətlə qarşılaşdıqlarına görə, çox güman ki, onlar geri çəkilmək məcburiyyətində qalacaqlar”

Bunu Hurriyyet.org-a açıqlamasında deputat Fazil Musata bildirib. O, ermənilərin hər hansı bir şəkildə təxribatının baş tutmadığını qeyd edib:

“Hər halda bu ermənilərin təxribatıdır. Onların təxribatı davam etdikcə ordumuz da buna cavab verir. Hər halda uğurlu addımlar da atılır. Yəni müharibədi də bu, hər iki tərəfdən itkilər ola bilər. Hazırda ciddi geniş miqyaslı proses gedir. Ermənilər məqsədyönlü şəkildə bunu Tovuz istiqamətində salıblar. Hər halda ordumuz da bu istiqamətdə ciddi zərbələr vurur. Yəgin ki, yaxın günlərdə proses səngiyə bilər. Ermənilərin hər hansı bir şəkildə təxribatı baş tutmayıb. Müqavimətlə qarşılaşdıqlarına görə, çox güman ki, onlar geri çəkilmək məcburiyyətində qalacaqlar”.

Fazil Mustafa, Ermənistanda müəyyən bir hakimiyyət boşluğunun olduğunu bildirib. Deputat, bu cür gedişatın müharibənin başlanmasına səbəb ola biləcəyini deyib:

“Özləri də anlayır ki, Ermənistanda müəyyən bir hakimiyyət boşluğu var. Paşinyanın da mövqeyi zəifdir. Fikirləşirlər ki, bunu açıqlasalar, hakimiyyət zərbə altına düşə bilər. Çünki, müharibəni də Paşinyan başladıb. Gedişat müharibənin başlanmasına səbəb ola bilər. Ermənilər öz iradələriylə təkcə hərəkət etmir, himayədarlarının da tapşırığı ilə də addım atır.  Ordumuz da mübarizəni sonadək aparır. Ümid edək ki, hər halda vəziyyət gərginləşməz”.

Hurriyyet.org