Gədəbəydə yol qəzası nəticəsində bir neçə nəfər YARALANIB

    21

    Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    "Report"un Qərb Mərkəzinin məlumatına görə, 4 nəfər olduğu bildirilən yaralılar əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, ilkin tibbi yardım göstərildikdən sonra isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

    Faktla bağlı araşdırma aparılır.