Gədəbəydə AĞIR QƏZA: 2 ölü, 4 yaralı var

    9

    Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 4 yaralı var.

    Hadisə nəticəsində ölənlər – Qarayev Nayiq Sabir oğlu (1979) və İsmayilov Aydın Sürəddin oğlu (1976). Hər ikisi hadisə yerində ölüb.

    Yaralılar – Rüstəmova Arzu Məcid qızı (1988), Əsgərova Mətanət Kamil qızı (1982), Alsəfərov İman İsgəndər oğlu (1965), Tağızadə Emin Elxan oğlu ( 2003).

    Hadisə rayonun Gərgər kəndi ərazisində baş verib. Maşınlardan biri taksi fəaliyyəti ilə məşğul olub.Faktla bağlı araşdırma aparılır.