Gədəbəydə ağır qəza: ana və oğlu öldü

    6

    Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb. ”Mitsubishi Pajero” markalı avtomobil “VAZ-21011” markalı maşınla toqquşub. Qəza nəticəsində “VAZ-21011”in sürücüsü, 31 yaşlı Hüseynov Ruslan İbrahim oğlu və avtomobildə olan sərnişin, sürücünün anası Hüseynova Nüşabə Telman qızı aldıqları xəsarətdən hadisə yerində ölüblər. 65 yaşlı Mahir Tağıyev, 10 yaşlı Məcid Nuriyev və 59 yaşlı Səriyyə Nuriyeva xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.