Petrosyan: “Sərksiyanı başa salmağa çalışdım ki…“

    3

    Gec-tez tarix hər şeyi öz yoluna qoyur. Serj Sarkisyan indi çətinə düşəndə Levon Ter-Petrosyanın evinə qaçır. Bu da çıxış yolu deyil. Çünki həqiqət həmin evdə məskən salmayıb. L.Ter-Petrosyanın imkanı olsaydı, “yağlı əlini öz başına çəkərdi“. Burada sadəcə S.Sərkisyanın psixoloji şokdan çıxa bilməməsi faktı var. Görünür, bundan sonra o, hələ çox şok vəziyyətləri yaşayacaq. Türkə, müsəlmana qarşı olan nifrət erməni xislətini məhv edəcək. S.Sərkisyan da bu xəstəliyə möhkəm tutulub. Qafqazın “xəstə adamı“ hələ yataqda nəfəs alır. Özünə təbib axtarır. Lakin bu xəstəlikdən xilasın açarının özündə olduğunu anlaya bilmir. Belə şəraitdə onun sağalması mümkün deyil. Ancaq Ermənistan cəmiyyəti xilas olmaq istəyirsə, bu cür xəstə adamlardan qurtulmalıdır. Başqa yol yoxdur. Ya da erməni xalqı Sərkisyanın sərsəmləmələrini dinləyə-dinləyə, fəlakətə doğru getməkdə davam edəcək. Bu da onların öz seçimidir!