“Gəncəyə, Bərdəyə və Tərtərə edilən ardıcıl hücumlar artıq hərbi cinayəti də ötür” – QABİL HÜSEYNLİ

102

Gəncəyə, Bərdəyə və Tərtərə edilən ardıcıl hücumlar artıq hərbi cinayəti də ötür. Buna görə insanı dar ağacından asmaq lazımdır. Ermənilərin törətdikləri bu cinayətlərin tədqiqatı aparılmalıdır”

Bunu Hurriyyet.org-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib. O, mülki əhalinin raket atəşinə məruz qalması və ballistik raketlərlə vurulmasının hərbi cinayət xarakteri daşıdığını deyib. Bu tip hərbi cinayətlərə HAAQA tirubunalında baxılır:

“Beynəlxalq qanunlar ölkənin qanunları və imzladığı sazişlərdən üstün hüquqi qüvvəyə malikdir. Müharibənin aparılmasına dair Cenevrə konvensiyası var. Konvensiya 1949-cu ildə qəbul olunub. Bu konvensiyaya görə, mülki əhaliyə qarşı hər hansısa təhlükə yaratmaq, təhdid etmək və ya psixoloji gərginlik yaratmaq qəti formada qadağan edilir. Mülki əhalinin raket atəşinə məruz qalması və ballistik raketlərlə vurulması hərbi cinayət xarakteri daşıyır. Bu baxımdan, bu cinayətlərin mütləq cəzası olmalıdır. Bu tip hərbi cinayətlərə HAAQA tirubunalında baxılır. Məsələn, Serbiya prezidenti və generallarının işinə HAAQA tirubunalında baxılıb. Gəncəyə, Bərdəyə və Tərtərə edilən ardıcıl hücumlar artıq hərbi cinayəti də ötür. Buna görə insanı dar ağacından asmaq lazımdır. Ermənilərin törətdikləri bu cinayətlərin tədqiqatı aparılmalıdır”.

YƏHYA