Gəncəyə 7 raket atılıb – Rəsmi

135

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə hücumu nəticəsində 24 nəfər ölüb, bunlardan 5-i qadın, 3-ü uşaqdır.

Hurriyyet.org xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə deyib. O bildirib ki, 121 nəfər mülki şəxslərdən 30-u qadındır:

“Gəncəyə atılan raketlərin sayı yeddi olub. Xoşbəxtlikdən onların beşi partlamayıb. 2-i partlayıb və bunun nəticəsində 1 nəfər ölüb, 32 nəfər mülki şəxs yaralanıb. Yaralılardan beşi uşaqdır”.