Gəncədə sərt karantin qaydalarını pozan çörək sexi aşkarlandı – FOTO

33

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Hurriyyet.org-a verilən məlumata görə, şəhərin Nizami rayonu ərazisində yerləşən sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb.

Obyekt sahibi və işçiləri barəsində qanuna uyğun olaraq cərimə tətbiq edilib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həftəsonu qadağaları olan şəhərlər siyahısında Gəncə də var.