Gəncədə gizli işləyən idman zalı aşkarlandı – FOTOLAR

75

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞPİ) və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Hurriyyet.orga verilən məlumata görə, BPİ-nin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlayıb.

Dərhal polis əməkdaşları tərəfindən “Fithouse” adlı trinajor zalının fəaliyyəti dayandırılıb. Zalda məşq edən Kamran Həsənli, İlqar Məmmədov, Səməd Yaqubov, Vüqar Məmmədov, Elçin Kərimov, Mehrin Nəcəfov barələrində isə qanunamüvafiq tədbir görülüb.