Gəncədə evə mərmi düşdü, 10 aylıq körpə yaralandı

99

Ötən gün Ermənistan terrorçularının Gəncəni ağır artileriyadan atəşə tutması nəticəsində 10 aylıq körpə yaralanıb.

Bu barədə “Report”un Qərb Mərkəzinə körpənin atası Xəyyam Eyyubov məlumat verib.

X.Eyyubovun sözlərinə görə, hadisə ba verən zaman evdə olmayıb: “Hadisə baş verəndə evdə deyildim. Evə gəldim gördüm ki, övladım yaralanıb. Uşağı xəstəxanaya çatdırdıq və əməliyyat olundu. Hazırda səhhəti yaxşıdır”.

Hadisə zamanı  evdən yaralı körpəsini çıxaran Xəyyam dağımntılar arasında qalan bayrağı da götürməyi unutmayıb.

Qucağında yaralı vəziyyətdə 10 aylıq körpəsi, başının üzərində isə Azərbaycan Bayrağı olan X.Eyyubovun hadisə yerindən çıxıb xəstəxanaya qaçarkən çəkilən fotosu dünyanın gündəminə çevrilib.

 Xəyyam Eyyubov