Gəncədə 40 yaşlı kişini bıçaqladılar

48

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA bildirir ki, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.

40 yaşlı Qurbanov Vüqar İslam oğlu hər iki budunun kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib. V.Qurbanovun hansı şəraitdə bıçaq xəsarəti alması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.