Gəncədə 10 min manatlıq oğurluq edən şəxs tutuldu

297

Gəncədə evlərdən vəmağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görı, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-nə keçən gecə Gəncə şəhərindəki mağazaların birindən 4820 manat dəyərində kserokopiya cihazı və ofis ləvazimatları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qurbanov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 4 evdən 4200 manat dəyərində 6 ədəd xalça, elektrik naqili, cihazlar, kombi, məişət və kosmetik əşyalar, 3 mağazadan pul, tütün məmulatı, kassa aparatı, 3 ədəd qapı tutacağı, 254 manat dəyərində geyim əşyaları, 1 lombarddan noutbuk və mobil telefon və 1 köşkdən isə 1032 manat dəyərində tütün məmulatı və enerji içkiləri oğurlaması da müəyyən edilib.