”Gəncə terrorunun Moskva razılaşmasından dərhal sonra edilməsi…” – Komitə sədri

69
????????????????????????????????????

Gəncədə baş verənlər Ermənistan hərbi siyasi rəhbərliyinin əvvəlcədən planlaşdırdığı terror aktıdır. Müharibə zonası ilə heç bir bağlılığı olmayan, mülki vətəndaşların sıx məskunlaşdığı bir şəhərə hücum etmək hərbi cinayətdir.

Bu fikirləri  açıqlamasında Ailə, Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Komitə sədri deyib ki, bu, erməni hərbi, siyasi rəhbərliyinin azərbaycana və azərbaycanlılara qarşı yeritdiyi soyqırım cinayətininin növbəti bir faktı, mərhələsidir:

“Başda Paşinyan olmaqla, işğalçı Ermənistan və onun hərbi, siyasi rəhbərliyi bu terror aktını planlaşdıraraq, məqsədli şəkildə həyata keçirib. Bu terror aktı beynəlxalq qanunvericiliyə, Ermənistanın özünün imza atdığı və üzərinə götürdüyü konvensiya və müddəalara tamamilə ziddir. Eyni zamanda hərbi münaqişələr zamanı mülki vətəndaşların qorunması üçün ölkələrin siyasi rəhbərlərinin üzərinə götürdüyü qanunvericiliyin müddəalarının əksinə bir addımdır”.

Bahar Muradova vurğulayıb ki, Gəncənın hədəf alınması hansısa bir təsadüfün, döyüş əməliyyatlarında diqqətsizliyin və səhlənkarlığın nəticəsi deyil:

“Bu hadisə Moskvada bir gün əvvəl əldə edilmiş hümanitar məqsədli atəşkəs razılaşmasından dərhal sonra baş verib. Bu onu göstərir ki, Ermənistan məqsədli şəkildə bu hücumu planlaşdırıb. Atəşkəs razılaşmasının əldə edilməsindən sonra tərəflərin azacıq da olsa, arxayınlaşacağı düşünülürdü. Amma bunun əksi baş verdi və erməni hərbi, siyasi rəhbərliyi soyqırım, terror, hərbi cinayət aktını həyata keçirdi. Çünki bu öncədən planlaşdırılıb və sona qədər icrasına nəzərət edilən bir hərbi cinayətdir. Hərbi mütəxəssislər də açıqladı ki, Gəncəyə atılmış raketin növü və təyinatı hədəfə çatana qədər ona nəzarəti mümkün edir”.

Komitə sədri əlavə edib ki, beynəlxalq qanunvericilik bunun üçün məsuliyyət daşıyır:

“Beynəlxalq hüququn reallaşmasına cavabdeh olan bütün beynəlxalq təşkilatlar buna reaksiya verməlidir. O cümlədən atəşkəs rejimini təşkil edən və buna çalışan beynəlxalq güclər də öz mövqeyini ortaya qoymalıdır. ATƏT-in Minsk Qrupu və onun həmsədrləri bu məsələ ilə bağlı Ermənistana təzyiqlər etməlidir. Mülki əhaliyə qarşı soyqırım aktını həyata keçirdiyinə görə Ermənistanın cinayətkar və terrorçu olması mütləq şəkildə bəyan edilməli və vurğulanmalıdır”.                    //Konkret