Gəncə terrorunda bütün ailəsini itirən 4 yaşlı Xədicə – MÖCÜZƏ NƏTİCƏSİNDƏ SAĞ QALDI

96

Məlum olduğu kimi, oktyabrın 17-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə terror aktı həyata keçirilib. Nəticədə 14 nəfər həlak olub, 50-dən artıq mülki şəxs yaralanıb.

Hurriyyet.org xəbər verir ki, həmin faciəvi gecədə itkin düşən körpələrdən biri də dörd yaşlı Xədicədir. O, atası, anası və bir yaşlı özü kimi körpə bacısını itirib.

Yaxınlarının Hurriyyet.org-a bildirdiyinə görə,  Xədicə özü isə dağıntılar altından möcüzə nəticəsində sağ qalıb. Uçqun altından çıxarılan 4 yaşlı körpənin həmin an gözləri açılmırdı. Lakin, həkimlərin müdaxiləsindən sonra, Xədicənin səhhətində irəliləyiş var.

YƏHYA