Gədəbəydə avtoqəza zamanı xəsarət alanlardan biri ölüb – YENİLƏNİB

33

Gədəbəydə baş vermiş avtoqəzada xəsarət alanlardan biri dünyasını dəyişib.

Hadisə zamanı 20 yaşlı Elxan Məmmədov və onun həmyaşıdı Rəşid Aslanzadə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Onlardan E.Məmmədov bütün tibbi yardımlara baxmayaraq, xəstəxanada keçinib. \\APA

***

Saat 20:28

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı minik maşını ilə “NAZ Lifan” markalı avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. \\APA